Logo
21 M. Mehdizade str.
Baku, AZ 1025
P\W: (+99455) 281 80 01
callistabaku@gmail.com

Birləşmis Ərəb Əmirlikliyində aşağıdakı məqamlar üzrə vasitəçi xidmətlərini təklif edirik

Sizə  Birləşmis Ərəb Əmirlikliyində aşağıdakı məqamlar üzrə vasitəçi xidmətlərini təklif edirik:

 

Bütün şirkətlər və mütəxəssislər etibarlı və sınanmışdırlar, yuxarıda adları çəkilən ölkələrdə aparıcı şirkətlərdə çalışırlar.

 

DUBAİ

Birləşmiş Ərəb Əmirlikləri – bu güzəl ölkə özündə müasirliyin bütün gözəllikləri ilə yanaşı özünəməxasusluğu və  mədəniyyəti birləşdirir. Bu ölkəni dünyada və ya hətta regionda olan başqa birisi ilə səhv sala bilməyəcəksiniz. BƏƏ pis hava və ya aşağı sayda turist axını olmur – istər noyabr, istər iyul ayı olsun istirahət üçün lyuks otellər və əlverişli qiymətlərlə gözəl alış-veriş Imkanları mövcuddur. Qısaca olaraq BƏƏ turizmini beləı ifadə etmək olar: “Ölkədə olanla hər kəsi təəccübləndirəcəyik; olmayanı isə tikib daha da təəccübləndirəcəyik.” Ağ qumlu və mavi suyu olan çimərliklərə öyrənmiş şıltaq xanımlar yerli çimərliklərdən həzz alırlar; ekstrim sevənlər isə BƏƏ-in sualtı və qumlu sahələrini araşdıra bilərlər; xəyallara dalmağı sevən insanlar isə ənənəvi bazarlarda (ərəb Şərqində nömrə bir olanlardndır) dolaşa bilərlər, qurmanlar və həyatdan ləzzət almağı sevənlər isə milli mətbəx və yüksək səviyyəli servisdən razı qalacaqlar. BƏƏ prinsipi “qonaq üçün hər şey!” kimi səslənir. Əmirliklərdə hər şey bir-birinə uyğundur: dəniz mehi 7 ulduzlu otelin pəncərələrindən asılmış pərdələrlə “oynayır” , səhra çöllərində Bürc Xəlıifənin parlaq ucu görsənir, dəvə yürüşü üçün nəzərdə tutulmuş nəzərdə tutulmuş “dromadrom” isə müasir hündür mərtəbələi binaların arasında yer alıb. BƏƏ Uzaq Şərq və Avropa iqtisadi yolları arasında yerləşdiyi üçün ölkə beynəlxalq iqtisadiyyat mərkəzinə çevrilir. Burada yüksək səviyyədə nəqliyyat infrastrukturu inkişaf edib, özəlliklə də, 6 beynəlxalq hava limanı var: Abu-Dabi, Dubay, Şarj, Rəssal-Haym, Füceyrə və Əleyn şəhərlərində. Onlardan ən böyükləri Abu-Dabi və Dubayda yerləşirlər və 2010cu ildə 50 mln-dən artıq sərnişin qəbul ediblər. Bundan əlavə yük daşımalarının da həcmi artır. Hava limanları və dəniz limanlarından əlavə BƏƏ inkişaf etmiş telekommunikassiyalar da mövcuddur. BƏƏ iqtisadiyyatının özəyi Abu-Dabi əmirliyində yerləşir və təkrar eksport, ticarət, neft və qazın hasilatı və ixracatından ibarətdir. Dubayın kommersiya mərkəzi və ona bitişik azad zona olan Cəbəl Əli böyük sayda xarici yatırımlar cəlb edib. Dubay və Füceyrada yerləşən Rəşid və Cəbəl limanları dünyanın ən yaxşı  40 yükdaşıma limanları sırasındadırlar və il ərzində 3 mln artıq yük qəbul edirlər. Son zamanlar hebtin hasilatı və emalından əldə edilən gəlirlərin ümumi gəlir həcmində azalır ki, bu da hakimiyyətin  iqtisadiyyat sahəsində apardığı islahatlarla bağlıdır. Eyni zamanda ümumi gəlirdə iqtisadiyyatın digər sahələrin o cümlədən tikinti, ticarət, turizm və kənd təsərrüfatı əhəmiyyəti artır.  Ərazinin kifayət gədər quruluqda olmasına baxmayaraq kənd təsərrüfatına edilən sərmayədə suyun təmizlənməsi üçün nəzərdə tutulmuş zavodların tikilməsinə gətirib çıxardıb. Bununla da iqtisadiyyatın bu sahəsi daha da sərbəst və gəlirli birisinə çevrilir. Bəzi kənd təsərrüfatı məhsulları, misal üçün çiyələk, Avropaya belə ixrac edirlər. BƏƏ işgüzar əlaqələrin qurulmasında iqlim və dinin də təsiri var, bu iki amil tacirliyin uzun illik tarixini əks etdirir. Yüz illərlə ticarət, pulların dəyişdirilməsi bu gün beynalxalq biznesin möhkəm  fundamentini formalaşdırır ki, onun da əsas iştirakçıları tacir ailələrinin nəslinə aiddirlər.  Biznes əsas fərdi şəkildə aparılır, dələdüzlüğun qarşısı kəskin şəkildə alınır, qeyri-qanuni hərəkətlər isə işgüzar adamlar tərəfindən tənqidə məzruz qalır. Beləliklə, BƏƏ ərəb ekzotikasına biganə olmayan və konfortın sevən şəxslər üçün “must vizit” istiqamətlərdən biridir.  BƏƏ istirahətin dəyərinə gəldikdə isə, ölkə orta gəlirdən artıq və yüksək gəlirə malik şəxslər üçün uyğundur. Belə ki, o qədər məşhur olmayan əmirliklərdə kifayət  qədər əlverişli qiymətlərlə, istirahət etmək mümkündür.

Bizim partnyorlarimiz bu məsələdə Sizə kömək edə bilərlər.

Geri qayıdın