Logo
21 M. Mehdizade str.
Baku, AZ 1025
P\W: (+99455) 281 80 01
callistabaku@gmail.com

Sinqapur, Malayziya, Tayland, Vyetnam, Avstraliya kimi ölkələrdə vasitəçi xidmətləri.

Sizə Sinqapur, Malayziya, Tayland, Vyetnam, Avstraliya kimi ölkələrdə aşağıdakı məqamlar üzrə vasitəçi xidmətlərini təklif edirik:

Bütün şirkətlər və mütəxəssislər etibarlı və sınanmışdırlar, yuxarıda adları çəkilən ölkələrdə aparıcı şirkətlərdə çalışırlar.

Malaziya

Malaziya – rəngarəng və yaşıllığı ilə seçilən ölkədir; onu hətta Asiyanın İsveçrəsi adlandırmaq olar. Ölkə ağ qumlu çimərlikləri, iki yüzdən artıq adaları və yüksək səviyyədə inkişaf etmiş turistik infrastrukturu ilə məşhurdur. Malaziya – cənubi şərqi Asiyada yerləşir, iki əraziyə bölünür, həmin ərazilər Cənubi-Çin dənizi ilə bir birindən ayrılıb. Qərbi Malaziya şimal hissəsində Taylandla qonşudur, həmçinin Sinqapur və İndoneziya ilə dəniz sərhədlərinə malikdir. Şərqi Malaziya şimal hissədə Bruney krallığı, cənubda isə İndoneziya ilə həmsərhəddir, bundan əlavə Filipinlə dəniz sərhədinə malikdir. Malaziya çoxmillətli və çoxdilli ölkədir. Bu torpaqların əzəli mədəniyyəti malaziyaların gəlməsi öncə burada yaşayan yerli millətlərin mədəniyyətindən əmələ gəlib. Sonra ticarətin inkişafı başlandıqdan sonra çinlilər və hindilər Malaziya mədəniyyətinə öz töhvəsini vermişdilər. Bundan əlavə fars , ərəb və ingilislərin də təsiri kifayət qədər yüksəkdir. Malaziya mağazalara gedib alış veriş etməyi sevənlər üçün əsl tapıntıdır. Elektron mallara, paltarlara,ayaqqabılara, saat, dəri mallara olan aşağı qiymətlər yüksək sayda turistlərin axınına səbəb olur. Məşhur suvenirlər sırasında gümüş, mis, taxta, parça mallar, qiymətli daz-qaşlar, saxsı qablar və kris adlanan gözəl malaziya bıcaqlarının adlarını çəkmək olar. Malaziyanın dini islamdır və bu səbəbdən ölkənin xanımları başdan ayağa örtüklü gəzirlər. Lakin yerli mağazalarda hicablardan başqa çox gözəl geyimləri də əldə etmək mümkündür. Buraya gəldikdə avtomobil icarəyə götürüb və mükəmməl yerli yollarla səyahətə çıxmağı unutmayın. Ölkə yolları Monako və İsveçrə yolları ilə müqayisə edilə bilərlər. Sakinlərin xətirlərinə dəyməməkv üçün ev və ya məbədlərə daxil olarkən ayaqqabılarınızı çıxatmağınızı unutmayın. Dinin məbədlərlə baş çəkən zaman qollar və ayaqlar bağlayan geyim geyinmək; yeməyi isə yalnız sağ əl ilə ötürmək lazımdır. Malaziya yollarında hərəkət  sol tərəfdəndir; sürətli traslar isə ödənişlidir.

Avstraliya

Avstraliya –kapitalist ölkələrdən biridir və öz iqtisadiyyatının idarə olunmasında azad dünya iqtisadiyyatı indeksinə sadiqdir. Avstraliyanın əhalinin bir nəfər üçün nəzərdə tutulmuş gəlir göstəricilərinə görə Böyük Britaniya, Almaniya və Fransadan öndədir. “Ekonomist” jurnalına görə 170 ölkə arasında Avstraliya insanlar həyat tərzi baxımından altıncıdır. 2011-ci ildə rekord sayda Avstraliya şəhərləri yaşayış üçün 10 ən konfortlu sayılanlar siyahısına daxil olmuşdurdular. Bu siyahıda Melburn birinci, Sidney altıncı, Pert  səkkizinci, Adelaida doqquzuncu yerlərə sahib olmuşdular.

Geri qayıdın