Logo
21 M. Mehdizade str.
Baku, AZ 1025
P\W: (+99455) 281 80 01
callistabaku@gmail.com

Azərbaycanda xidmətlər.

Azərbaycanda xidmətlər

Aşağıdakı istiqamətlər üzrə Azərbaycanda vasitəçi xidmətlərini təkli edirik:

 

Azərbaycan: Odlar Diyarı

Azərbaycan – heyrətamiz ölkədir. Burada hər şey unikaldır – təbiət və mədəniyyət, tarix, adət və ənənələr, memarlıq və s. Azərbaycanı tez-tez “odlar diyarı” adlandırırlar (“azər” – alov). Abşeron yarımadasında Yanardaq adlanan ərazi var. Naxçıvan, Kəlbəcər, Lənkəran və Babadaqda yerin altından isti su çıxır. Suraxanıda od məbədi olan Atəşgah yerləşir ki, müxtəlif dövrlərdə atəşpərəstlik, induizm və sikxizm dinlərinə sitayiş edənlərin ziyarət ünvanı olmuşdur.

Azərbaycan ərazisində qədimi dövlətlər olan Atropatena, Qafqaz Albaniyası mövcud olmuşdur. Ölkənin hər bir şəhəri özündə qeyri-adi nəsə daşıyır. Qədim Quba xanlığının  mərkəzi olan Quba şəhəri orta əsrlərə aid qalaları və məscidləri ilə məşhurdur. Ən qədim şəhərlərdən biri olan Şəki isə dəbdəbəli sarayları ilə məhşurdur ki, onlardan bəziləri bu gün müasir mehmanxana olaraq fəaliyyət göstərirlər. Xüsusi diqqəti təbii gözəlliklər çəkir. Onların arasında Tengi kanyonu, Afurca şəlaləsi və UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Qobustan qoruğunu qeyd etmək olar.

UNESCO siyahısında İçərişəhərin bir məhəlləsi də var.

Azərbaycan Sizi öz təbiət şəraiti ilə təəccübləndirəcək: ölkə ərazisində rahat şəkildə dəniz sahili və çaylar, yüksək dağlıq ərazilər və düzənliklər, yarım səhra və meşə massivləri yer alıb. Sizi gözəl mənzərələr, şəlalələr və dağ çayları, saf sulu bulaqlar, yaşıl dərələr, termal və mineral su mənbələru, təmiz dağ havası özləyir.

Turistlər Xəzər dənizinin kurortlarında istirahət edirlər, dayvinqdən ləzzət alırlar, su xizəkləri, motosikl və katerlərdə vaxt keçirirlər. Səhhətlərini düzəltmək istəyənlər bir sıra Azərbaycan kurortlarına üz tuta bilərlər. 

Geri qayıdın